ABŞ HHQ Əfqanıstanda “Taliban”ın mövqelərinə zərbələr endirib

ABŞ Hərbi Hava Qüvvələrinin B-52 təyyarəsi “Taliban” radikal hərəkatının Əfqanıstanın Şəhbərgan şəhərində yerləşən mövqelərinə hava zərbələri endirib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat mərkəzinin rəhbərinin müavini Favad Aman deyib.

Onun sözlərinə görə, hava zərbəsi nəticəsində qruplaşmanın liderlərindən biri də daxil olmaqla təxminən 200 “Taliban” üzvü məhv edilib.


F.Aman qeyd edib ki, məhv edilən silahlılar Şəhbərgan şəhərində müdafiə və təhlükəsizlik qüvvələrinə hücumlar planlayırmışlar.