ÇL: “Atalanta” “Yanq Boyz”la oyunda məğlubiyyətdən xilas olub, “Barselona” “Benfika” ilə heç-heçə edib

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İsveçrənin “Yanq Boyz” klubu İtaliyanın “Atalanta” klubunu qəbul edib.

AzerTimes-in məlumatına görə, oyun 3:3 hesablı heç-heçə ilə bitib. Meydan sahibinin heyətində qolları Teozon Sibaço (39-cu dəqiqə), Vinsent Syerro (80) və Silvan Hefti (84) vurublar, qonaqların heyətində isə Duvan Sapata (10), Xose Palomino (51) və Luis Muriel (88) fərqləniblər.

Bu qarşılaşmadan sonra “Atalanta” qrupda 6 xalla üçüncü yerdə, “Yanq Boyz” isə 4 xalla dördüncü yerdə qərarlaşıb. Birinci yerdə ötən gün “Vilyareal”ı məğlub edən “Mançester Yunayted” (10 xal), üçüncü yerdə isə 7 xalla “Vilyareal” qərarlaşıb.


“E” qrupunda “Barselona” öz meydanında “Benfika” ilə qolsuz heç-heçə edib – 0:0. Bu oyundan sonra 7 xal toplayan “Barselona” ikinci yerdə, 5 xal toplayan “Benfika” üçüncü yerdə qərarlaşıb.

Qrupda “Bavariya” 15 xalla liderdir, 1 xalı olan Kiyev “Dinamo”su isə sonuncu yerdədir.

Teqlər: