Britaniyada koronavirusa 32 181 yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 181 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 789 581 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 50 nəfər, hazırkı dövrədək isə 132 535 nəfər vəfat edib.