ABŞ-da sel iki nəfərin həyatına son qoyub, 10 nəfər yaralanıb

ABŞ-ın Missisipi ştatında avtomobil yolunun sel basması nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

AzerTimes-ın məlumatına görə, selə səbəb İda qasırğası zaman düşən leysan yaşış olub.

Bildirilir ki, yeddi avtomobil selin yaratdığı təxminən 15 metr enində və 20 metr dərinliyində çuxura düşüblər.


Yaralılardan üçünün vəziyyəti ağırdır.

Qeyd olunur ki, hadisə baş verən yol Missisipi ilə Luiziana ştatları arasındakı əsas nəqliyyat arteriyasıdır.

Teqlər: