Britaniyada koronavirusa 26 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 750 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 267 437 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 61 nəfər, hazırkı dövrədək isə 130 953 nəfər vəfat edib.