Baydenin Əfqanıstan üzrə fəaliyyəti ABŞ tarixində ən böyük məğlubiyyətlərdən biri olacaq – Tramp

ABŞ prezidenti Cozef Baydenin Əfqanıstan üzrə fəaliyyəti ölkə tarixində ən böyük məğlubiyyətlərdən biri olaraq tarixə düşəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

D.Tramp bildirib: “Co Baydenin Əfqanıstana etdikləri – əfsanəvidir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq”.


Xatırladaq ki, daha əvvəl D.Tramp Əfqanıstandakı vəziyyəti hazırkı ABŞ administrasiyasının “səriştəsizliyinin” nəticəsi kimi dəyərləndirib.