Britaniya UEFA-nı Çempionlar Liqasının finalı öncəsi iğtişaşları araşdırmağa çağırıb

Böyük Britaniyanın mədəniyyət naziri Nadin Dorris “UEFA”-nı
şənbə günü Parisdə Çempionlar Liqasının finalı öncəsi azarkeşlərə
qarşı Fransa polisinin gözyaşardıcı qazdan istifadə etməsini
araşdırmağa çağırıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, nazir görüş öncəki baş verənlərin
ciddi narahadlıq doğurduğunu vurğulayıb.

Bunun fonunda, Fransa İdman Nazirliyi bazar ertəsi final
matçının təşkilatçılarının, o cümlədən “UEFA”-nın iştirakı ilə
iclas keçirəcəyini açıqlayıb. Departamentin kommünikesinə əsasən,
məqsəd şənbə günü baş verən hadisələrdən “dərs çıxarmaq”dır.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü
iğtişaşlar zamanı 100-dən çox adam saxlanılıb. Nazir Gerald
Darmanin daha əvvəl iğtişaşlarda britaniyalı azarkeşləri
günahlandıraraq, minlərlə azarkeşin biletsiz olduğunu, lakin
stadiona girməyə çalışdığını demişdi.