İranın neft ixracından əldə etdiyi gəlirlər 60% artıb

İranın cari İran ilinin ilk iki ayında (20 mart 2022-ci ildə
başlayıb) neft gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə
60%-dən çox artıb.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın Neft Nazirliyinin
ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Cari ilin ilk iki ayında ölkənin neft, qaz kondensatı, təbii
qaz, neft məhsulları, neft-kimya məhsullarının ixracından valyuta
daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz
artıb”, – deyə qurumdan bildirilib.

Qeyd olunur ki, ötən ilin ilk iki ayında neft-kimya sənayesindən
əldə olunan gəlirlər 1,5 milyard dollar, bu ilin ilk iki ayında isə
2,45 milyard dollara çatıb.

Bundan əvvəl, İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi
bildirmişdi ki, İran ixracdan, xüsusən də neft satışından tam gəlir
əldə edir.

Teqlər: