ABŞ-da festivalda açılan atəş nəticəsində ölən və yaralananlar var

ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festival zamanı
açılan atəş nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, hadisə yerli vaxtla bazar günü
səhər saatlarında Taft şəhəriciyinin “Qədim şəhər” meydanında baş
verib.

Ştatın təhqiqatlar bürosunun məlumata görə, yaralılar arasında
iki azyaşlı var. Ölən kimliyi və yaralıların vəziyyəti barədə
məlumat verilmir.

Hadisəni törətməkdə şübhəsi ilə hələlik saxlanılan yoxdur.