Britaniya səfiri II Yelizavetaya təqdim olunan Qarabağ atına görə Azərbaycana təşəkkür edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan
Prezidentinin hədiyyəsi olan Qarabağ atının Kraliça II Yelizavetaya
təqdim olunması ilə bağlı Azərbaycana təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında
yazıb.

“Azərbaycana təşəkkür edirik”, – deyə o bildirib.

Qeyd edək ki, 12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada
keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri
çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının
Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi
nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan
təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən
Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Teqlər: