Abşeronda evdə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1
nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə
qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü
il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti
üzrə təhvil veriblər.

Teqlər: