Britaniya kəşfiyyatı: Rus hərbçiləri irəlilədi

Britaniya kəşfiyyatı: Rus hərbçiləri irəlilədi

Rus hərbçiləri son üç gündə Baxmut istiqamətində taktiki hücuma keçib və görünür, Baxmutun cənubundakı Opıtnoye və İvanqrad istiqamətində irəliləyib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının Tvitter səhifəsində məlumat yayıb.

“Döyüşlərdə “lxr” və “Vaqner” silahlılarının ikinci ordu korpusunun bir hissəsi iştirak edir. Rusiya Donbasda hücum əməliyyatlarını davam etdirir və çox ləng irəliləyir. Rusların ümumi əməliyyat planı isə Ukraynanın şimal və cənub cinahlarına təzyiqi, eləcə də sursat və canlı qüvvənin kəskin çatışmazlığı ilə pozulur”, – məlumatda deyilir.

Teqlər: