Bakıda “Elit”in qarşısındakı obyekt yandı – Video

Bakıda “Elit”in qarşısındakı obyekt yandı – Video

10:11

Bakıda “Elit” Ticarət Mərkəzinin qarşısındakı obyekt yanır.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

***

Bakıda birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərən ikimərtəbəli tikilidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Teqlər: