“Brent” markalı neftin qiyməti 101 dollardan aşağı düşüb

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 22:22 üçun (Bakı vaxtı) 5,47 faiz ucuzlaşaraq
100,81 dollar/barel təşkil edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, saat 22:35
üçun (Bakı vaxtı) ucuzlaşma 4,74 faizə qədər zəifləyib və “Brent”
markalı neft 101,58 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə “Brent” markalı neftin qiyməti martın 17-si 101
dollardan aşağı olub.

“WTI” markalı neftin iyun fyuçerslərinin qiyməti isə saat 22:35
üçün 5,11 faiz ucuzlaşaraq 96,75 dollar/barel təşkil edib.

Teqlər: