Braziliyada ötən sutka koronavirusdan 2 mindən artıq insan ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 670 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 16 471 600 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 012 nəfər ölüb, ölənlərin ümumi sayı 461 057 nəfər təşkil edir.