ABŞ-da təyyarənin gölə düşməsi nəticəsində yeddi nəfər ölüb

ABŞ-ın Tennesi ştatında yüngülmühərrikli “C501” təyyarəsi gölə düşüb, nəticədə yeddi nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Rezerford dairəsinin saytında yerləşdirilən açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, təyyarənin göyərtəsində yeddi nəfər olub, onlar hamısı ölmüş hesab olunur.


Qeyd edək ki, təyyarə Tennesidən Florida ştatına uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra gölə düşüb. Qəzanın səbəbi hələ ki dəqiqləşdirilməyib.