Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 45 591 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 308 109 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 456 nəfər ölüb, ölənlərin ümumi sayı 540 398 nəfər təşkil edir.