Braziliyada elektrik dirəyinin aşması 7 nəfərin ölümünə səbəb oldu

Braziliyanın şimalındakı Para ştatında tikilməkdə olan elektrik dirəyinin aşması nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

AzerTimes-ın “G1” portalına istinadən verdiyi məlumata görə, qəza baş verən zaman hadisə yerində 26 nəfər olub. Qəza zamanı 6 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

Bildirilir ki, xəsarət alanlara tibbi yardım göstərilir, onların vəziyyətləri barədə məlumat verilmir.


Hazırda digər xəsarət alanların axtarışları davam etdirilir.