Peru prezidentlərinə səlahiyyətləri bitdikdən sonra bir il ölkədən çıxmaq qadağan edildi

Peru prezidentləri artıq səlahiyyət müddətləri bitdikdən sonra bir il ölkəni tərk edə bilməyəcəklər.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkə Konstitusiyasına müvafiq dəyişikliklər edilib.

“Sabiq prezident və ya bu vəzifəni tutan şəxs prezidentlik səlahiyyətləri bitdikdən sonra respublikanın Konqresinin icazəsi olduğu hallar istisna olmaqla ən azı bir il ölkəni tərk etməməlidir”, – Konstitusiyanın 112-ci maddəsinin yeni redaksiyasında deyilir.