Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 65 163 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 622 304 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 2 029 nəfər ölüb, ölənlərin ümumi sayı 520 095 nəfər təşkil edir.