Braziliya koronavirusun müalicəsi üçün molnupiravir dərmanını qeydiyyata alıb

Braziliyanın Milli Sanitar Nəzarət Agentliyi (Anvisa) yeni
koronavirus səbəb olduğu xəstəliyinin müalicəsi üçün molnupiravir
dərmanını qeydiyyata alıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Agentliyin mətbuat xidməti bildirib.

“Mayın 4-də “Anvisa” rəhbərliyi COVID-19-un müalicəsi üçün “Merck Sharp & Dohme” şirkətinin istehsalı olan molnupiravir
dərmanının təcili istifadəsini təsdiqlədi”, – deyə Agentliyin
saytında bildirilib. Qeyd olunub ki, bu dərman əvvəllər ABŞ, Aİ,
Yaponiya, Böyük Britaniya, Avstraliya, eləcə də Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) tənzimləyici orqanları tərəfindən təsdiqlənib və
artıq 17 ölkədə istifadə olunur.