Böyük Britaniyada yarasalarda yeni koronavirus aşkarlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada nalburun yarasalarda COVID-19 virisuna yaxın olan yeni koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, virus Şərqi İngiltərə Universiteti, London Zoologiya Cəmiyyəti və İngiltərənin İctimai Səhiyyə Xidmətinin alimləri tərəfindən tapılıb.

Qeyd olunur ki, alimlər Böyük Britaniyanın bir neçə regionunda 50-dən çox kiçik nalburun yarasadan nümunələri tədqiq edib. Nümunələrin birində yeni koronavirus aşkar edilib.

Alimlər virusa RhGB01 adını verib. Müəyyən olunub ki, RhGB01 virusuna ən yaxın virus 2008-ci ildə Bolqarıstanda yarasalarda aşkar edilmişdi.