Böyük Britaniya və Finlandiya qarşılıqlı təhlükəsizlik
zəmanətinin verilməsi haqqında sənəd imzalayıblar.
Trend xəbər
verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson
Finlandiyaya səfəri zamanı bildirib.
B.Conson qeyd edib ki, Böyük Britaniya və Finlandiya silahlı
qüvvələri birgə təlimlərdə, hərbi manevrlərdə iştirak edəcək və hər
zaman bir-birinin köməyinə gələcək.
Öz növbəsində Finlandiya prezidenti Sauli Niinistö Helsinkinin
Finlandiyanın müdafiəsini maksimuma çatdırmaq, lakin bununla heç
bir digər tərəfə zərər verməmək istəyini açıqlayıb.
“Bu olduqca sadədir: biz təhlükəsizliyimizi artırırıq, lakin heç
kimin təhlükəsizliyinə toxunmuruq”, – finlandiyalı prezident
bildirib.
NATO-ya üzv olmaq perspektivlərindən danışan dövlət başçısı qeyd
edib ki, Finlandiya Qərbin bir hissəsidir və belə bir ssenari
reallaşarsa, radikal dəyişikliklər olmayacaq.