Kamerunda göyərtəsində 11 nəfərin olduğu təyyarə meşədə qəzaya uğrayıb

Kamerunun mərkəzində göyərtəsində 11 nəfərin olduğu və boru
kəmərlərinə texniki qulluq gözstərən özəl şirkətə məxsus təyyarə
qəzaya uğrayıb.

Trend xəbər
verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat
yayıb.

Bildirilir ki, xilasedicilər artıq sərnişinlərin axtarışına
başlayıblar

Məlumata görə, ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi
bildirib ki, dispetçerlər əvvəlcə təyyarə ilə radio əlaqəni
itiriblər, daha sonra təyyarə Nanqa Eboko şəhəri yaxınlığındakı
meşədə tapılıb.

“Xilasetmə qruplarımız insanları xilas etməyin mümkün
olub-olmadığını araşdırırlar” – anonim mənbə agentliyə bildirib.
Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

Təyyarə “Cameroon Oil Transportation Company S.A” tərəfindən
icarəyə götürülüb. Şirkət Kamerun və qonşu Çad arasında boru
kəmərinin texniki qulluğuna və təmirinə cavabdehdir.

Teqlər: