Böyük Britaniya kral ailəsində daha bir nəfər koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlzın həyat yoldaşı,
Kornuoll hersoginyası Kamilla koronavirusa yoluxub.

Trend-in
məlumatına görə, bu barədə şahzadə Çarlzın mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, hazırda hersoginya Kamilla öznütəcrid rejiminə
alınıb.

Qeyd edək ki, fevralın 10-da şahzadə Çarlzın ikinci dəfə
koronavirusa yoluxduğu bildirilmişdi. O, 2020-ci ilin martında
koronavirusu yüngül formada keçirmişdi.