Avtobus sürücülərinin nəzərinə: Sertifikat olmalıdır!

Xəbər - Fərid Zöhrabov – Trend:

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından
sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı”
etibarlı hesab edilməyəcək. COVID-19-a qarşı peyvənd olunmanı
təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq
immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı
əks-göstəriş sertifikatı olan sürücülər rayonlaraarası avtobus
idarə edə bilər. Yəni 3-cü doza vaksinin vaxtı çatmayan, 2-ci
peyvəndin olunma tarixindən 6 ay keçməyən hər bir sürücü hazırda
avtobusları idarə etmək hüququna malikdir.

Bunu Trend-in
sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
bildiriblər.

Qeyd edilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin
ərazisində vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Peyvəndin
olunma vaxtı yaxınlaşan hər bir sürücü və sərnişinlər məntəqəyə
yaxınlaşaraq vaksin oluna bilər.


Qeyd edək ki, sabahdan COVID sertifikatlarının etibarlılıq
müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən
sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd
istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə
tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.
Etibarlılıq müddəti COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin
sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6
ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə
təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin daha bir
dozasını aldıqda müddətsiz olacaq.

Teqlər: