Boliviyada sərnişin avtobusu 150 metr hündürlükdən dərəyə düşüb

Boliviyanın mərkəzində sərnişin avtobusun dərəyə düşməsi nəticəsində ən azı 18 nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat departamentinin rəhbəri Karlos Espinosa bildirib.

“Faciə nəticəsində, ilk məlumatlara görə, 18 nəfər ölüb. Yanğınsöndürənlər və polis hadisə yerində işləyir” – Espinosa deyib.


Ölkənin paytaxtı Sukreya gedən avtobus 150 metr hündürlükdən düşüb. İlkin məlumatlara əsasən, qəzaya səbəb sürücünün səhvi olub.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Ölənlərin sayının artması istisna edilmir.

Teqlər: