Fransa tibb işçilərinin məcburi aşılanmasını tətbiq edir

Fransa tibb və bir sıra digər işçilərin məcburi aşılanmasını tətbiq edir.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin prezidenti Emmanuel Macron bildirib.

“Tibbi işçilər və bir sıra digər peşələrin nümayəndələri üçün məcburi koronavirus peyvəndi tətbiq edirik. …> Bu təlimatın 15 sentyabr tarixindən etibarən həyata keçirilməsini yoxlamaq üçün nəzarət və inzibati cəzalar tətbiq ediləcək”, – məlumatda deyilir. Ölkə rəhbəri bu tədbiri Fransada epidemioloji vəziyyətin pisləşməsi ilə izah edib.