“Bluetooth” və “Wifi”nin fərqi nədir?

Bluetooth və wifi elektron cihazları simsiz birləşdirmək üçün
istifadə olunan radio tezlik texnologiyalarıdır. “Bluetooth” və “wifi”-nin ortaq cəhətləri var, amma bəzi fərqli cəhətləri də
var.

“Bluetooth” haqqında

Bluetooth” tellər və kabellərlə məşğul olmaq
çətinliyindən xilas olmaq üçün yaradılıb. Bluetooth yaxınlıqdakı
cihazların bir-birinə bağlamaq üçün istifadə edilən aşağı güclü
simsiz texnologiyadır. Hazırda bluetooth üçün ən çox istifadə
edilən simsiz səs axınıdır. Bi sizə mobil telefonunuzu simsiz
qulaqlıqlara və ya xarici səsgücləndiricilərə qoşmağa imkan verir.
Qulaqlıqları televizora qoşmaq və ya simsiz klaviatura və siçanı
tablet və ya kompüterə qoşmaq üçün də istifadə edilə bilər. Ancaq
ən çox istifadə edilənlərdən biri cib telefonunuzu avtomobilinizin
səs sistemi ilə birləşdirməkdir. Bluetooth diapazonu təxminən 30
fut və ya 10 metrdir.

“Wifi” haqqında

Wifi” kompüterlər, noutbuklar, planşetlər və
mobil telefonlar kimi cihazların internetə simsiz olaraq
qoşulmasına imkan verən radio dalğalardan istifadə edən simsiz
texnologiyadır.

Wifi cihazlarının internetə çıxışının ən çox yayılmış yolu wifi
routerə qoşulmaqdır.

Ətraf mühitdən asılı olaraq wifi 30-90 metr arasında bir
məsafəyə malikdir.

Bəs “bluetooth” və “wifi” arasındakı fərqlər
nələrdir?

“Bluetooth” cihazlarının bir – birinə məlumat mübadiləsi üçün
bağlayır, “wifi” isə cihazları internetə bağlamaq üçün istifadə
olunur. “Bluetooth” daha aşağı ötürmə sürətinə və daha qısa bir
diapazona malikdir. “Bluetooth” “wifi”-dan daha az enerji sərf
edir. Ancaq digər tərəfdən “wifi” “bluetooth”dan daha sürətli və
təxminən 10 qat daha uzun bir aralığa malikdir.

İndi həm “bluetooth”, həm də “wifi” 2.4 Ghz-də işləyir.
Mikrodalğalı sobalar və simsiz telefonlar kimi bir çox digər cihaz
2.4 Ghz- də işləyir. Lakin bluetooth yalnız ötürücü və qəbuledici
cihazların bildiyi bir nümunədə siqnal ötürmə metodundan istifadə
edən Frequency Hopping Spread Spectrum adlı texnologiyadan istifadə
etdiyi üçün müdaxiləyə daha az həssasdır. Siqnal 79 fərqli kanal
arasında dolaşır və kanalları saniyədə 1600 dəfə dəyişir. Bu “Wifi”
ilə müqayisədə “bluetooth”u müdaxiləyə yüksək dərəcədə davamlı
edir. “Bluetooth” cihazlarına qoşulmaq daha asandır çünki parol
tələb olunmur. Məsələn, “bluetooth” qulaqlıqlarını cib telefonunuza
qoşmaq istəsəniz, qulaqlıqları yandırıb sonra mobil telefonunuzda “bluetooth” yandıracaqsınız, sonra telefonunuzdakı cihaz
parametrlərində qulaqcıqlar göründükdə menyuya daxil olursunuz və
əlaqə qurulur.