ABŞ dövtlət katibi Entoni Blinken fevralın 23-ü rusiyalı həmkarı
Sergey Lavrov ilə görüşməyə razılaşıb.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlər üçün mütəmadi
brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“O, təklifi qəbul edib (görüşün vaxtı barədə – red.)”, – deyə
C.Psaki bildirib.
Bir gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays
E.Blinkenin Rusiya tərəfinin təklif etdiyi tarixlərdə S.Lavrovla
görüşməyə hazır olduğunu bildirmişdi. E.Blinken S.Lavrova gələn
həftə Avropada görüşməyi təklif edib. N. PRaysın sözlərin görə,
Rusiya gələn həftənin sonuna qədər görüş üçün tarix təklif edərək
cavab verib. ABŞ tərəfi bununla razılaşmayıb.
Bundan əvvəl ABŞ dövlət katibi cümə axşamı Rusiya Xarici İşlər
Nazirliyinin rəhbərinə gələn həftə təkbətək görüş keçirmək təklifi
ilə məktub göndərdiyini bildirib.