Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib – ÜST

Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 963 747
yoluxma halı və 11 413 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 418 650 474 nəfər yoluxub.
Onlardan 5 856 224 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız
rəsmi göstəricilər əsasında hazırlanır.