Blinken NATO-nun baş katibi ilə Əfqanıstanı müzakirə edib

ABŞ-ın dövlət katibi Entoni Blinken və NATO-nun Yens Stoltenberq arasında telefon danışığı olub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Əfqanıstandakı vəziyyəti və buna alyansın bu mövzuya həsr edilmiş iclasını müzakirə ediblər:

“Bu görüş müttəfiqləri bir araya gətirərək Əfqanıstanda baş verən hadisələri və NATO-nun təhlükəsiz və nizamlı şəkildə təxliyəni təmin etmək səylərini müzakirə etməyə imkan verəcək …>. Dövlət katibi və baş katib bu məsələdə, eləcə də NATO-nun Əfqanıstanda gələcək yolunun planlaşdırılmasında müttəfiqlərin və tərəfdaşların sıx koordinasiyanın vacib olduğunu vurğulayıblar”.