ABŞ-da atışma baş verib, 4 polis yaralanıb

ABŞ-ın Albukerke şəhərində (Nyu-Meksiko ştatı) atışma baş verub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının “Twitter” səhifəsində deyilir.

Məlumata əsasən, atışma nəticəsində 4 polis əməkdaşşı yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.


Bildirilir ki, cinayətkarlardan biri saxlanılıb, biri isə hadisə yerindən qaçıb.