Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib.

AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:

“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə
çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün
Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik
edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün
insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş
günlər bəxş etsin!”.

Teqlər: