Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın bütün xiristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı
münasibətilə rəsmi “Instagram” hesabında paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı
münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm
cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir
Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox
olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları
qəbul etsin!”

Teqlər: