Birinci siniflərə şagird qəbuluna may ayında başlanılacaq – Nazirlik

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin
birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

AzerTimes xəbər verir ki, bu
barədə Təhsil Nazirliyinin məlumatında deyilir.

Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul
prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə
aparılacaq.


Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən
ətraflı məlumat veriləcək.

Teqlər: