Birinci sinfə qəbul tarixi açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin
birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, 1-ci siniflərə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı
vasitəsilə aparılacaq.

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən
ətraflı məlumat veriləcək.

Teqlər: