Bir sıra qurumlar tərəfindən dövlət büdcəsinə vəsaitlər bərpa edilib

Azərbaycanda bir sıra qurumlar tərəfindən dövlət büdcəsinə
vəsaitlər bərpa edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Sənəddə bildirilib ki, əvvəlki illərdə başa çatdırilmış nəzarət
tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımlar
hesabat ilində də izlənib, bu istiqamətdə 10-dan çox qurumdan
məlumatlar daxil olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan
Dovlət İqtisad Universiteti, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı
Departamenti, Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi, Bakı Şəhər İcra
Hakimiyyəti, DSMF-in 2 və 5 saylı şöbələri, Dövlət Gömrük
Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, AMEA, Diasporla
İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC tərəfindən 0,8 min manat
vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, 239,2 min manat
maliyyələşmə məbləği azaldılıb, 156,7 min manat natura formasında
dövlət vəsaiti bərpa edilib.

Teqlər: