Bir ildə Qarabağdan 27 minə yaxın mina və PHS tapılıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 31-ə qədər icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.

ANAMA-dan AzerTimes-a bildirilib ki, həmin dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10200 piyada əleyhinə mina, 4329 tank əleyhinə mina və 12436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

İndiyə qədər 5944 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Teqlər: