ANAMA ötən ay 400 hektardan artıq ərazini minalardan təmizləyib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan AzerTimes-a bildirilib ki, oktyabrın 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 338 piyada əleyhinə mina, 154 tank əleyhinə mina və 1389 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.


408 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Teqlər: