Bir daha bəyan edirik: Bakı və İrəvan… – İran XİN

Bir daha bəyan edirik: Bakı və İrəvan… – İran XİN

İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini bir daha bəyan edir.

AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

N.Kənaninin sözlərinə görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Ermənistana səfəri çərçivəsində də bu məsələ xüsusi olaraq vurğulanıb.

Kənani əlavə edib ki, İran da öz növbəsində bu sülh prosesinin inkişaf etməsinə və bölgədə sülh və stabilliyin möhkəmlənməsinə kömək etməyə hazır olduğunu bildirir.

Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 27 dekabrda Ermənistana səfər edib.

Teqlər: