Azərbaycanın axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

Azərbaycanın axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

18 ölkənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya “X” hesabında məlumat yayıb.

O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb.

Onların çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

Teqlər: