Binəqədidə keçmiş məhkum mənzil qarət edib

Bakıda keçmiş məhkum mənzil qarət edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki
evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət
əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər
sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: