Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17
radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini
Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı
bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda
şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən
edilərək saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Teqlər: