Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayon İcra
Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki hökmdən
verilmiş şikayətlə bağlı məhkəmə başlayıb.
AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib və məhkəmə iclası iyunun 14-ə təyin
olunub.
Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı
Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən
keçirilən əməliyyatla həbs olunub.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə),
308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci
(təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə
11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin
Bakıda fərqli ünvanlarda yerləşən 2 mənzili və 1 avtomobili dövlət
nəfinə müsadirə olunub.