Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.
AzerTimes-ın məlumatına görə, hadisə aprelin 27-də saat 11
radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində baş
verib.
İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı
avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə
etdiyi “Mercedes” markalı avtomobilə vurub.
Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya
yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.