İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada müzakirə keçirilib

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı
ilə növbəti ictimai müzakirə “Turizm sahəsinin inkişafı və
perspektivləri” mövzusunda keçirilib.

AzerTimes-ın məlumatına görə,
tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin,
Dövlət Turizm Agentliyinin və turizm sahəsində fəaliyyət göstərən
assosiasiya və ictimai birliklərin nümayəndələri iştirak edib.

Görüşdə turizm sektorunda mövcud vəziyyət, bu sahəyə dövlət
dəstəyi tədbirləri, sahibkarların qarşılaşdığı məsələlərlə bağlı
müzakirələr aparılıb.

İclasda bildirilib ki, müzakirələrdə səsləndirilən təkliflər
araşdırılacaq və aidiyyəti qurumlara təqdim ediləcək.

Teqlər: