Beynəlxalq forumda Oxçuçayın Ermənistan tərəfindən kəskin çirklənməyə məruz qaldığı bildirilib

Yaponiyanın Kumamoto şəhərində su resurslarının idarəçiliyinin
təkmilləşdirilməsinə həsr olunmuş 4-cü Asiya-Sakit Okean Su Forumu
hibrid formatda keçirilib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, forumda bir sıra ölkələrin
dövlət başçıları, hökumət nümayəndələri, aparıcı beynəlxalq
təşkilatların təmsilçiləri iştirak edib.

Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev foruma onlayn formatda qoşularaq transsərhəd
çayların idarə olunması ilə bağlı qonşu ölkələrlə, həmçinin
beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti
nəticəsində Oxçuçayın kəskin çirklənməyə məruz qaldığını bildirib
və bunun qarşısının alınmasında dəstək göstərilməsi məqsədilə
beynəlxalq təşkilatlara və forum iştirakçılarına çağırış edib.

Teqlər: