Gürcüstan və Ermənistandan gələn 12 şəxs Fransanın Strasburq şəhərində saxlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə France3 telekanalı xəbər verib.
Məlumata əsasən, onlar hər növ oğurluqda ixtisaslaşmış beynəlxalq bir cinayət təşkilatının Elzas bölməsinə daxil olub.
Bildirilib ki, iyunun 21-də Aşağı Reyn Departamentinin Mərkəzi İctimai Təhlükəsizlik İdarəsi (DDSP) və Səyyar Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən 2 il davam edən istintaqdan sonra 12 nəfər saxlanılıb.
Qeyd olunub ki, bu, böyük bir cinayətkar şəbəkəsidir.