Beynəlxalq aləmdə birgə hərəkət etməliyik – TÜRK PA-nın baş katibi

Türk dünyasında yaxın tarixdə qazanılan zəfərlər və nailiyyətlər
göstərdi ki, beynəlxalq aləmdə qarşılaşdığımız çətinlikləri və
təhlükələri ancaq bir araya gələrək, birgə hərəkət etməklə aradan
qaldıra bilərik.

AzerTimes-ın məlumatına görə,
bunu TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Er qurumun bu gün Milli
Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər
komissiyasının IX toplantısında deyib.

Onun sözlərinə görə, TÜRK PA keçmişdə olduğu kimi bu gün də
dünyanın, xüsusən də regionun üzləşdiyi çətinliklərin öhdəsindən
gəlmək üçün üzərinə düşən işi böyük əzmlə davam etdirir: “TÜRK
PA-nın türk dünyasının rifahı və gələcəyi üçün göstərdiyi səylər
həqiqətən təqdirəlayiqdir və bu, həm də gələcəkdə qeyd olunacaq
birgə uğurlarımızın təminatıdır. TÜRK PA əsas fəaliyyət sahəsi kimi
türkdilli dövlətlər arasında qanunvericilik sahəsində əməkdaşlığı
dəstəkləməklə türk dünyası arasında qanun və normaların
uyğunlaşdırılmasında mühüm rol oynayır”, – Baş katib deyib.

Teqlər: